Accessibility links

2015-ci ilin Halloween kostyumları [Video]


2015-ci ilin Halloween kostyumları
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Oktyabr ayının 31-i amerikalılar Hallovini qeyd edir. Uşaqlar qorxunc və gülməli kostyumlar geyinib, şirniyyat almaq üçün "trick or treat", yəni “pay verməsən, özündən küs”deyir. “vəllər kostyumlar evdə tikilir və daha sadə olurdu. Məsələn, ruh üçün qalxan və ya papaq, ifritə üçün süpürgə. Lakin bu gün Hallovin kostyumları böyük sənaye sahəsinə çevilib.

Vaşinqtondakı Total Fright mağazası şəhərin ən böyük Hallovin mağazalarındandır. Burada qorxunc maskalar və gülməli papaqlardan tutmuş, müxtəlif Hallovin kostyumları görmək olar.

9 yaşlı Robinson Andino deyir ki, o, qapını döyüb gizlənəcək və konfet almaq üçün adamları qorxudacaq. Lakin hazırda Hallovini təkcə uşaqlar qeyd etmir. “Həmin gün yaşlılar da, ailələr də bir araya gəlir” deyə, Lorenzo Kaltagiron bildirir.

Katrin adlı bu qız artıq böyüdüyü üçün “pay verməsən, özündən küs” deməsə də, Hallovin kostyumu geyməyi sevdiyini deyir.

Bu il əsasən keçmişdə məşhur qəhrəmanların obrazları dəbdədir, yəni televiziyada və filmlərdəki Batman kimi super-qəhrəmanların kostyumlarına üstünlük verilir. Dekabr ayında yeni bölümü ilə ekranlara çıxacaq “Star Wars” filmindəki kostyumlar isə bu il çox popylyardır.

Birləşmiş Ştatlarda siyası mövsüm dövrü Hillari Klinton və Donald Trampın maskaları ən çox satılanlar arasındadır.

“Klinton və Donald Tramp ən çox satılan maskalardır. Donald Tramp maskası artıq satılıb qurtarıb. Prezident Obamanın da maskaları populyardır. Bizdə balqabaq Obama da var" deyə. mağazanın müdiri bildirir.

Bu fransalı tələbənin Amerikada ilk Hallovinidir və o, Zombi olmağı düşünür. “Bu kostyumlar yalançı olsalar da, insanlar qorxur.”

Həmin gün yalnız oğlanlar deyil, qızlar da qorxulu görünmək istəyir. Bu qadın Hallovin günü qeyri-adi görünmək istəyir. Hallovin günü konfet almaq və ya şənlənmək üçün müxtəlif kostyumlar var.

XS
SM
MD
LG