Accessibility links

ABŞ Dövlət Departamenti blogerlərin azad edilməsilə bağlı açıqlama verib


ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli
ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli

Dövlət Departamentinin sözçüsü Filip Krouli Amerikanın səsinin müxbirinin suallarını cavablandırıb

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin blogerlər Adnan Hacızadə və Emin Millini azadlığa buraxmasına münasibətini bildirib. Dövlət Departamentinin sözçüsü Filip Krouli Amerikanın səsinin müxbirinin sualını cavablandıraraq deyib: “Biz Azərbaycan hökumətinin gənc liderlər və blogerlər Adnan Hacızadə və Emin Millini vaxtından əvvəl azad etməsini alqışlayırıq. Biz baş redaktor Eynulla Fətullayevin də tezliklə azadlığa çıxacağına ümid edirik. Biz blogerlərin məhkəməsi və onlara hökmün çıxarılmasını diqqətlə izləyirdik. Həm prezident Obama, həm Dövlət katibi Klinton onların azad edilməsinə açıq çağırışlar ediblər. Birləşmiş Ştatlar hökuməti Azərbaycan hökuməti və xalqı ilə söz azadlığı və azad toplaşmaq hüququ da daxil olmaqla, demokratik islahatların inkişaf etdirilməsi istiqamətində işləməyə sadiq qalmağa davam edir.”

Amerikanın səsinin müxbirinin onlara qarşı ittihamların aradan qaldırılması ilə bağlı sualının cavabında Filip Krouli deyib ki, ABŞ işi diqqətlə izləyib və izləməyə davam edəcək, eyni zamanda bu istiqamətdə Azərbaycan hökuməti ilə işi davam etdirəcək.

XS
SM
MD
LG