Accessibility links

Dövlət Departamenti: Azərbaycan terrorçu qrupların maliyyə, insan və avadanlıq daşıması cəhdlərinin qarşısını fəal şəkildə alır


Amerika Dövlət Departamenti (loqo)
Amerika Dövlət Departamenti (loqo)

Bakı dəniz kəşfiyyatı, qaçaqmalçılığın müəyyən olunması və Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı mübarizə üçün Xəzər sahili boyunca 7 RLS yerləşdirməyə hazırdır

ABŞ Dövlət Departamentinin terrorizmə qarşı mübarizə idarəsi Azərbaycan hökumətinin terrorizmə, biokimyəvi təhlükələrin yayılmasına, çirkli pulların yuyulmasına qarşı mübarizə və sərhəd nəzarətinin gücləndirilməsi sahəsində müəyyən uğurlar əldə etdiyini qeyd edib.
İdarənin 2011-ci il üzrə xüsusi məruzəsində bildirilir ki, Azərbaycan terrorçu qrupların Qafqaz istiqamətində maliyyə, insan və avadanlıq daşıması cəhdlərinin qarşısını fəal şəkildə alır.
Müdafiə Nazirliyi nəzdində bioloji təhlükəsizliyin müəyyən olunması üçün Mərkəzi Laboratoriya yaradılması və ölkənin dəniz sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi xüsusi vurğulanır.
Bakının dəniz kəşfiyyatı, qaçaqmalçılığın müəyyən olunması və Kütləvi Qırğın Silahlarının (KQS) yayılmasına qarşı mübarizə üçün Xəzər sahili boyunca 7 RLS yerləşdirməyə hazır olduğu qeyd edilir.
Azərbaycan hökuməti həmçinin bioterrorizm təhlükələrinin qarşısının alınması üzrə araşdırmalar aparılması üçün mərkəzi biolaboratoriyanın müasirləşdirilməsini başa çatdırıb.
Dövlətin quru və dəniz sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə tədbirlərdə də irəliləyiş qeydə alınıb.
Məruzəyə əsasən, 2009-cu ildən etibarən Azərbaycan çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə peşəkarlığın artırıldığını nümayiş etdirir.
Bundan başqa, 2010-cu ilin noyabrında Xəzəryanı ölkələr arasında hüquq-mühafizə orqanlarının Xəzərdə terrorizmə, qaçaqmalçılığa, qanunsuz narkotik dövriyyəsinə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə yönəlmiş səylərinin əlaqələndirilməsi haqqında saziş imzalanması müsbət qarşılanır.
2011-ci ildə bu saziş çərçivəsində işçi qrupların 4 iclası keçirilib.
XS
SM
MD
LG