Accessibility links

ABŞ prezidenti Barak Obama dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib


ABŞ prezidenti Barak Obama dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib
ABŞ prezidenti Barak Obama dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib

ABŞ prezidenti Barak Obama dünya müsəlmanlarını müqəddəs Həcc ziyarəti və Qurban bayramı münasibətilə təbrik edib. Ağ Evin açıqladığı bəyanatda deyilir:”Mişel və mən dünya müsəlmanlarına Qurban bayarmı münasibətilə təbriklərimizi çatdırır və Həcc ziyarətində olanlara səfərlərini sağ-salamat başa çatdırmağı arzu edirik. Bu il Birləşmiş Ştatlar da daxil olmaqla, dünyanın 160 ölkəsindən üç milyona yaxın zəvvar Məkkə və onun ətrafında Həcc ziyarətini yerinə yetirərək, birlikdə dua edir. Qurban bayramında dünya müsəlmanları İbrahim peyğəmbərin öz oğlunu qurban verməyə hazır olduğunu qeyd edir və dünyanın üç əsas dinində birgə dəyərlər və ümumi kökləri düşünərək, daha az imkanı olan insanlara ərzaq yardımı edir. Amerika xalqının adından sizə Həcc mövsümü ən xoş arzularımızı çatdırırıq, Qurban bayramınız mübarək və Həcc ziyarətiniz qəbul olsun.”

XS
SM
MD
LG