Accessibility links

Xolesterolu azaldan dərmanlar ürək-damar xəstəliyi riski olan insanlara faydalı ola bilər [Video]


Bütün dünyada bir milyarda yaxın insan ürək-damar xəstəliyindən əziyyət çəkir. Amerikalı bir işçi qrup və daha böyük beynəlxalq araşdırma qrupları belə bir nəticəyə gəliblər ki, xəstə olmayan amma xəstələnmə riski yüksək olan insanlar gündəlik dərman qəbul etməkdən faydalana bilərlər.

Bu il 17 milyondan çox insan ürək və ya qan damarları ilə əlaqəli xəstəliklər səbəbilə dünyasını dəyişib. Daha da çox insan isə ürək-damar xəstəliklərindən əziyyət çəkir.

Statin qaraciyərdə xolesterol istehsalını azaltmağa yardım edən dərmandır. O əsasən LDL, başqa sözlə isə “pis xolesterolu” azaldır.

ABŞ-ın Preventiv Xidmətlər üzrə İşçi qrupunun üzvü Dr. Duqlas Ouens: “Ürək-damar xəstəliklərinin risk faktorlarına yüksək xolesterol, yüksək qan təzyiqi, siqaret çəkmək, diabet və insanın yaşı daxildir."

Ailə tarixçəsi də bu faktorlardan biridir.

Xəstəliyə qarşı mübarizə aparmaq üçün, bir çox həkim hər gün xolesterolu azaldan statin adlı dərman qəbul etməyi məsləhət görür.

“Statin qaraciyərdə xolesterol istehsalını azaltmağa yardım edən dərmandır. O əsasən LDL, başqa sözlə isə “pis xolesterolu” azaldır,” Dr. Ouens bildirir.

Ouens davamlı olaraq bir sıra xəstəliklərlə bağlı məlumatları nəzərdən keçirən ABŞ-ın Preventiv Xidmətlər üzrə İşçi qrupunun üzvüdür.

Statin
Statin

İşçi qrupu indi ürək-damar xəstəliyi riskinin yüksək olduğu 40 yaşından yuxarı insanların gündəlik statin qəbul etmələrini məsləhət görür. Bu məsləhət Journal of the American Medical Association (Amerika Tibb Assosiasiyası Jurnalında) dərc olunub.

Statindən təkcə amerikalılar faydalanmayacaq. Daha öncə New England Journal of Medicine jurnalında dərc olunan bir araşdırma ürək-damar xəstəliyi riskinin olduğu insanlara bu dərmanın faydalı olacağını göstərib.

Araşdırmaya altı qitənin 21 ölkəsindən həm qadın həm kişilərin daxil olduğu müxtəlif qrup insanlar cəlb olunub.

Statinin faydaları infarkt, insult və ölüm hallarını azaltmaqdır. Ürək-damar xəstəliyi riskinin yüksək olduğu xəstələr üçün isə statinin faydaları zərərlərindən çoxdur.

Onların hər birində ürək-damar xəstələyini yaranmaq riski var idi. 5 il ərzində statin qəbul edənlərdə infarkt, insult və ya ürəklə bağlı ölüm riski 24 faiz azaldı.

Dr. Ouens: “Statinin faydaları infarkt, insult və ölüm hallarını azaltmaqdır. Ürək-damar xəstəliyi riskinin yüksək olduğu xəstələr üçün isə statinin faydaları zərərlərindən çoxdur.”

Tədqiqatçıların sözlərinə görə, bu, bütün dünyada ürək-damar xəstəliklərinin müalicəsinə tətbiq oluna biləcək çox sadə yanaşmadır: həkimlər ürək damar xəstəliyi riski olan insanları statin qəbul etməyə vadar etməlidir.

XS
SM
MD
LG