Accessibility links

"İstefa" şüarı ilə müşayiət olunan Azərbaycan-Almaniya matçı (FOTOLAR)


"İstefa" şüarı ilə müşayiət olunan Azərbaycan-Almaniya matçı (FOTOLAR)

"İstefa" şüarı ilə müşayiət olunan Azərbaycan-Almaniya matçı (FOTOLAR)

Futbol üzrə 2012-ci il Avropa Çempionatının Seçmə oyunları çərçivəsində Azərbaycan yığma komandası yer aldığı qrupun lideri Almaniya millisi ilə qarşılaşıb. Bu oyuna qədər 100 faizlik nəticə göstərən Almaniya komandası bu oyunda da qələbə qazanıb. 3-1 hesabı ilə başa çatan matçın ilk dəqiqələrində Azərbaycan yığma komandasının 3 hücumu yadda qalıb. Hətta epizodlardan birində komandanın hücumçusu Vüqar Nadirovun zərbəsindən sonra top qapı tirinə dəyərək meydançanı tərk edib. Ancaq tezliklə təşəbbüsə yiyələnən almanlar matçın 30-cu dəqiqəsində türk əsilli oyunçu Məsut Özilin zərbəsi ilə hesabı açıblar. 11 dəqiqə sonra almanlar hesabı iki topa çatdırıblar. Bu dəfə də fəallıq göstərən Məsut Özilin ötürməsini düzgün qiymətləndirən Mario Qomez hesabı artırıb. Uzun müddət təsəlli qolu vurmağa çalışan Azərbaycan yığmasının səyləri 89-cu dəqiqədə bəhrəsini verib. Belə ki, ikinci hissədə Vaqif Cavadovun yerinə dağıl olan Murad Hüseynov fərqli bir topa endirib. Bərəbərlik qolu üçün irəli atılan Azərbaycan yığmasının müdafiədə yaranan boşluqlarının istifadə edən Andre Şürle matçda son nöqtəni qoyub: 1-3.

Oyun zamanı azarkeşlər “İstefa” şüarları səsləndirib. Xatırladaq ki, matçdan əvvəl yığmanın alman baş məşqçisi Berti Foqts məğlubiyyətlərə görə həm azarkeşlər, həm də idman jurnalistlərinin tənqidinə məruz qalmışdı.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG