Accessibility links

O Şərq Tərəfdaşlığında Azərbaycanın iştirakı üçün qoyulan hədəfləri müzakirə edəcək

Avropa İttifaqının Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üzrə cavabdeh olan komissar Ştefan Füle ikitərəfli əlaqələri və cari ilin noyabr ayında Vilnusda keçiriləcək Şərq Tərəfdaşlıq Sammitinədək Şərq Tərəfdaşlığında Azərbaycanın iştirakı üçün qoyulan hədəfləri müzakirə etmək üçün mayın 2 və 3-də Azərbaycanda danışıqlar aparacaq.

Avropa İttifaqının məlumatına görə, komissar prezident İlham Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, eləcə də müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Mayın 3-də Füle Diplomatik Akademiyada nitq söyləyəcək və mətbuat konfransı keçirəcək.

Bakıdakı danışıqları zamanı o, qarşılıqlı hörmət, maraq və dəyərlər əsasında Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə dair Avropa İttifaqının öhdəlik götürdüyünü bir daha təsdiq edəcək.
XS
SM
MD
LG