Accessibility links

Elm

Stekloplast qayıq [Video]


Dünya Qoruq Fondundan olan təlimçinin nəzarəti altında filippinli balıqçı yeni qayıq düzəldir. Bu dəfə o, ənənəvi fanera yerinə fiber şüşə kimi tanınan stekloplastikadan istifadə edir.

Leyte adasını 2013-cü il noyabrın 8-də vuran güclü qasırğa 7300 insanın ölümünə və itkin düşməsinə səbəb oldu. Dörd miliyona yaxın insan evsiz qaldı və onlardan çoxu balıqçılıq kimi gəlir mənbələrini itirdilər.

Haiyan qasırğası həmçinin yeni qayıq düzəltmək üçün lazım olan materialların mənbələrinə də zərər vuraraq onların yenidən düzəldilməsini çətinləşdirdi.

Dünya Qoruq Fondu flippinli balıqçıların tezliklə normal həyata dönə bilmələri üçün kömək etmək qərarına gəlib. Patrik Vinsent Ko deyir ki, Bankas adlanan qayıq lahiyəsi flippinlərə onu necə qısa vaxtda düzəltməyi öyrədir.

Patrik Vinsent Ko: "Biz bunun həm zərurət, həm də praktiki cəhəddən ağac yerinə fiber plastikadan istifadə etmənin irəliyə atılmış sadə növbəti addım olduğunu düşünürük. Bu, həmçinin ekoloji baxımdan da yaxşı səslənir."

Ramon Binamira deyir ki, balıqçılar əvvəl fiber plastikanın möhkəmliyinə şübhə ilə yanaşdılar.

Ramon Binamira: "Bu, kifayət qədər möhkəmdirmi? Bu, balıqçıların gündəlik istifadəsinə tab gətirəcəkmi?"

Fiber plastik qayıq sınaqdan məharətlə keçərək şübhələrə son qoydu.

78 yaşlı balıqçı deyir ki, o heyran qalmışdı.

Norberto Dela Torre: "Mən bunu deyə bilərəm ki, fiber plastik qayıq suya davamlıdır. Taxta qayıqlar isə əsasən də palçıqlı suda çürüyə bilir və asanlıqla çirklənir."

Kiçik qayıqlar az miqyaslı balıq ovları üçün nəzərdə tutulub. Dünya Qoruq Fondu ümid edir ki, yeni qayıq düzəltmə imkanları balıqçılara daha böyük qayıqlar düzəltməyə yardım edəcək. Yeni texnologiya onlara iqlim dəyişikliklərinə hazırlıqlı olmaqda və meşələrə olan təlabatın azaldılmasında rol oynayacaq.

XS
SM
MD
LG