Accessibility links

"Bu seçkilərdə şou elementi var" [Video-Müsahibə]


ABŞ prezident seçki marafonu finiş xəttinə çıxır. Təhlilçilərin böyük hissəsi 2016-cı il prezident seçkilərini tarixi seçkilər adlandırır və builki kampaniyanın əvvəlkilərdən fərqli olduğunu deyir. Merilend universitetinin professoru Stella Rouz “Amerika icmalı” proqramında ABŞ seçkiləri ilə bağlı Amerikanın Səsinin suallarını cavablandırıb.

Amerikanın Səsi: Siz qarşıdan gələn prezident seçkilərini mahiyyətcə və tonu baxımından necə qiymətləndirirsiniz? Seçkinin mövzuları nədir? Bu seçkilər əvvəlkilərdən nə ilə fərqlənir?

Stella Rouz: Bu seçki əvvəlki seçkilərdən tam fərqlidir. Prezidentliyə namizədlərin xarakterik cəhətləri fərqlidir. Onlardan biri indiyə qədər prezidentiyə namizədlər arasında ən çox təcrübəsi olan şəxs hesab edilir və qadındır. Başqa tərəfdə isə heç bir siyasi təcrübəsi olmayan, biznes aləmindən gələn autsayder durur. Bu, Amerikanın siyasi tarixində indiyə qədər görünməmiş bir haldır. Namizədlər arasında bundan böyük fərq ola bilməzdi. Bütün bunlarla yanaşı, hər iki namizəd Amerika elektoratı arasında olduqca qeyri-populyardır. Onlar Amerika prezident seçkiləri tarixində iki namizədə verilən ən mənfi reytinqlərə malikdir. Bütün bunlar bu seçkilərə özünəməxsus özəlliklər qatır və maraqlı edir.

Amerika cəmiyyətində olduqca böyük qütbələşmə baş verib. Bizim aramızda hər iki düşərgədə çox sayda insan var. Çoxları respublikaçıların düşərgəsindədir, başqaları demokratların və biz bərabər bölünmüşük.

Seçkinin mövzularına gəldikdə, onlar mənim fikrimcə, əvvəlki seçkilərdə olduğu kimi müzakirə obyekti olmayıb. Burada mahiyyətdən çox hər iki namizəd haqda xoşagəlməz söhbətlər kimi boş danışıqlar müşahidə edilib və bu, seçki dövründə üstünlük təşkil edib. Bütün bunlar Amerika ictimaiyyəti üçün əhəmiyyət kəsb edən məsələlərin hesabına baş verib. Mühacirət, terrorizm, səhiyyə xidmətləri və iqlim dəyişikliyi kimi məsələlərə namizədlərin xarakterləri qədər diqqət verilməyib.

Amerikanın Səsi: Rəy sorğuları namizədlər arasında gərgin rəqabətin getdiyini göstərir. Bu sorğular nə dərəcədə etibarlıdır? Seçki sorğularının cəmiyyət üçün əhəmiyyəti nədən ibarətdir?

Stella Rouz: Bəli, təkcə bir rəy sorğusu etibarlı hesab edilə bilməz. Amma bir sıra elmi cəhətdən əsaslandırılmış rəy sorğularına görə aydın olur ki, seçki sona yaxınlaşdıqca gərginlik artır. Amerika siyasətini öyrənən çoxlarında bu, təəccüb doğurmur. Amerika cəmiyyətində olduqca böyük qütbələşmə baş verib. Bizim aramızda hər iki düşərgədə çox sayda insan var. Çoxları respublikaçıların düşərgəsindədir, başqaları demokratların və biz bərabər bölünmüşük. Buna görə də heç təəccüblü deyil ki, seçki gününə yaxınlaşdıqca rəy sorğuları bölünmənin olduğuna, ölkədə bərabər bölünməyə və insanların öz namizədinə dəstək vermək üçün mənsub olduğu düşərgəyə tərəf meyl göstərdiyinə işarə edir.

Amerikanın Səsi: Amerikanın beynəlxalq səhnədə bəzi bədxahları prezidentliyə namizədlərin debatlarını və bu debatların tonunu tənqid edib. Siz bu iki siyasi düşərgə arasında fikir mübadiləsi və fikir ayrılıqlarını beynəlxalq auditoriya üçün necə izah edə bilərsiniz?

Hər iki namizəd Amerika elektoratı arasında olduqca qeyri-populyardır. Onlar Amerika prezident seçkiləri tarixində iki namizədə verilən ən mənfi reytinqlərə malikdir. Bütün bunlar bu seçkilərə özünəməxsus özəlliklər qatır və onu maraqlı edir.

Stella Rouz: Mən bunu debatlarda Reality Show elementinin olması ilə izah edirəm. Çünki namizədlərdən biri Reality Show ulduzu, media ulduzu olması ilə fəxr edir və o, son 10 il ərzində yaratdığı bu obrazla müqayisədə dəyişməyib. Bu element həqiqətən də debatlar boyu yayıldı. Fikrimcə, Hillari Klinton bunun belə olmaması üçün çox çalışdı. Amma o, debatları belə bir bu mühitdə aparmalı olurdu və siyasi məsələlərin mahiyyətcə detalları müzakirə edilmədiyi üçün onun özü də bu atmosferə düşdü. Bunu beynəlxaq auditoriyaya izah edərkən demək istəyirəm ki, bu il bizim debatlarda Reality Show elementi mövcud idi.

Amerikanın Səsi: Amerikanın siyasi landşaftında iki siyasi partiya var. Keçirilməyə başlayandan prezident seçkiləri əsas etibarilə iki namizəd arasında rəqabətdən ibarətdir. Bu fərqliliyin arxasında duran səbəblər haqda məlumatı olmayanlar üçün Amerika demokratiyasının bu özünəməxsus cəhətini necə izah etmək mümkündür?

Bütün bu tarixi faktorlar, bizim təsisatlar və seçki qanunları ikipartiyalı sistemin yüksəlməsinə və dominantlığına, eləcə də onların üçüncü partiyaların sistemdə böyük rol oynamasının qarşısını ala bilməsinə gətirib çıxarıb.

Stella Rouz: Bəli, bu, həqiqətən də unikal sistemdir. Çünki beynəlxalq aləmdə bir sıra başqa demokratik ölkələrdə çoxpartiyalı sistem mövcuddur və ABŞ siyasətdə yalnız iki partiyanın dominant olduğuna görə unikal bir vəziyyətdədir. Bu partiyalar zaman keçdikcə dəyişib, onların adları dəyişib, onlara dəstək verən elektorat dəyişib, amma bizim sistem unikal olaraq qalır. Siyasi partiyalar bizim konstitusiyamızda qeyd edilməyib. Bizim konstitusiyanı yaradanlar iki partiyanın olması, ya da siyasi partiyaların dominant rol oynaması kimi məqsəd güdməyib. Amma bizim cəmiyyətimizin quruluşunu nəzərə alanda iki partiyanın olması qaçılmaz idi. Bu iki partiya formalaşdırılanda bizim seçki qanunları üçüncü bir partiyanın, ya da kiçik partiyaların seçki sistemində böyük oyunçulara çevrilə bilməsinə mane olmaq üçün iki partiyanın xeyrinə yazılıb tərtib edilib. Bu iki partiyanın onların xeyrinə olan qanunlar üzərində dominantlığı, bir neçə qanunun onların xeyrinə yenidən yazılması, bizim sistemdə qalibin bütün səsləri alması (bizim seçkilərdə proporsional təmsilçilik yoxdur) kimi faktlar iki partiyanın üstünlüyünə gətirib çıxarıb. Çox hallarda bir partiya qalib gəlir və başqa partiya məğlub olur və qanunvericilik orqanı olan Konqresdə təmsil oluna bilmir. Bütün bu tarixi faktorlar, bizim təsisatlar və seçki qanunları ikipartiyalı sistemin yüksəlməsinə və dominantlığına, eləcə də onların üçüncü partiyaların sistemdə böyük rol oynamasının qarşısını ala bilməsinə gətirib çıxarıb.

XS
SM
MD
LG