Accessibility links

Apple şirkətinin təsisçisi Stiv Cobs haqda bioqrafik kitab çapdan çıxıb

  • Amerikanın səsi

Apple şirkətinin təsisçisi Stiv Cobs haqda bioqrafik kitab çapdan çıxıb

Apple şirkətinin təsisçisi Stiv Cobs haqda bioqrafik kitab çapdan çıxıb

Apple şirkətinin təsisçisi Stiv Cobsun həyatını əks etdirən yeni kitabda o, daim mükəmməl səviyyəyə çatmaq arzusu ilə yaşayan təzadlı, insanlarla gərgin münasibətlərə malik olan bir insan kimi göstərilir.

Kitabın müəllifi əvvəllər Time jurnalı və CNN şirkətinin icraçı direktoru, hazırda isə Amerikanın səsinin də daxil olduğu ABŞ-ın Yayım Şurasının sədri Uolter Ayzeksondur.

Stiv Cobs adlanan kitab üzərində işləyərkən onunla maneəsiz görüşmək imkanı olan Uolter Ayzekson texnologiya dünyasının dahisi ilə 40-dan artıq eksklüziv müsahibə keçirib.

Bazar günü CBS televiziyasına müsahibə zamanı Ayzekson aydın məqsədi olan bir insan kimi tanınan Stiv Jobsun eyni zamanda, inadkar olduğunu deyib. Ayzeksonun sözlərinə görə, Cobs mədəaltı vəzi xərçənginin müalicəsi məqsədilə cərrahiyyə əməliyyatından imtina edərək, qeyri-ənənəvi təbabətə üz tutub. Sonradan o, əməliyyat keçirməyə razı olduqda şiş artıq artıq başqa hüceyrələrə yayılıbmış. Ayzekson deyib ki, Stiv Cobs cərrahiyyə əməliyyatı keçirmədiyinə görə peşmanlıq hissi çəkirmiş.

Stiv Cobs bir neçə il buddizm fəlsəfəsini öyrənməklə məşğul olub və mənəvi yol axtraşında Hindistana səfər edib. Kitabda onun ac uşaqların şəkillərindən dərin sarsıntı keçirdiyinə görə dindən üz döndərdiyi yazılır.

Qapalı bir adam kimi tanınan Stiv Cobsun insani keyfiyyətlərini əks etdirən kitabda onun şəxsi həyatına aid detalları Apple şirkətinin məhsulları qədər gizli saxladığı yazılır. “Çoxları onu mülayim bir insan kimi tanıyırdı, lakin bu, belə deyildi”-deyə Ayzekson bildirib.

Müəllifin sözlərinə görə, Cobs çox hallarda əsəbi olurdu və hər şeyi çox dərin həssaslıqla qəbul edirdi.

Kitabın gələn il mart ayı işıq üzü görəcəyi gözlənilirdi. Lakin Stiv Cobsun oktyabrın 5-i 56 yaşında vəfat etməsi kitabın nəşrini sürətləndirmişdir.

XS
SM
MD
LG