Accessibility links

Zəmanəmizin ən görkəmli rejissorları-Anq Lii və Stiven Spilberq indi rəqabətdədir


İki məşhur rejissor, Stiven Spilberq və Anq Lii bu ilin ən yaxşı rejissor və ən yaxşı filminə görə Oskar mükafatı uğrunda rəqabət aparır. Spilberqin dram janrında çəkdiyi Lincoln filmi 12 kateqoriya, Liinin Life of Pi filmi isə 11 kateqoriya üzrə Oskar mükafatına nominasiya edilib. Ən yaxşı rejissor işinə görə beş namizədin hansının qalib gələcəyi məlum deyil. Amma Spilberq və Lii müasir Amerika kinematoqrafiyasında dərin iz qoyan rejissorlardır.



Linkoln filmini çəkməklə Stiven Spilberq nəinki, Oskara layiq görülüb o, həm də yeni klassika yaradıb.
Spilberq ötən 40 ildə Hollivudda unudulmaz filmlər çəkib.

Onun ilk uğuru Cənələr filmi olub. Nyu-Yorkun Lonq Aylend rayonunun sahillərində yırtıcı köpək balığı haqda bu film üç Oskar mükafatına layiq görülüb və Spilberqi qorxulu filmlərin ustası kimi tanıdıb. Spilberq bu titulu elmi fantastik janrda çəkdiyi Close Encounters of the Third Kind filmi ilə qoruyub saxladı.

Bundan bir neçə il sonra Spilberq E.T Yad Planetdən Gələnlər filmi ilə qayıtdı. Bu film bütün zamanların ən gəlirli filminə çevrildi.

Ardınca İndiana Cons triloqiyası. Sonra o, sərgüzəşt janrından tarixi dramalara keçdi.
Onun ən uğurlu nailiyyəti isə 1993-cü ildə çəkdiyi Holokasta həsr olunmuş Şindlerin Siyahısı filmi oldu.

Bu film ona ən yaxşı rejissor və ən yaxşı filmə görə Oskar mükafatı gətirdi.

Sıravi Raynı Xilas Edin filmində Spilberq bir daha II-ci Dünya Müharibəsi mövzusuna müraciət edir. Bu film ona daha bir Oskar mükafatı qazandırır.
15 il sonra Spilberq milyonlarla tamaşaçısı üçün film çəkməkdə davam edir.



Anq Liinin Oskara nominasiya edilmiş Life of Pi filmi vizual görüntülərlə zəngin hindistanlı oğlan və Benqal pələngi haqdadır.
Anq Liinin kino dünyasında uğur qazanması uzun illər sonra oldu.

O, 1995-ci ildə Hiss və Hissiyat filmi ilə tanındı.

O zamandan bəri o, fərqli mədəniyyətlərə aid hekayələrdən istifadə etməyi bacaran rejissor kimi tanındı.

1997-ci ildə Lii Nyu-Yorkda uğursuz ailələr haqda Buz Qasırğası filmini çəkdi.

1999-cu ildə onun Crouching Tiger Hidden Dragon filmi ən yaxşı xarici film qismində Oskar mükafatının qalibi oldu.

Lakin Lii üçün klimatik an iki homoseksual kovboy haqda 2005-ci ildə çəkdiyi Brokeback Mountain filmi oldu. Film Oskara nominasiya edilsə də, qalib ola bilmədi. Bir çoxları buna filmin homoseksuallar haqda olmasını səbəb gətirdi. Lakin Anq Lii ən yaxşı rejissor işinə görə mükafat aldı.

Onun, Life of Pi filmi isə Hindistan ailəsi haqdadır. Film inamın universallığını qüdrət və cəsarətin mənbəyi kimi tərənnüm etdirir.

Zəmanəmizin ən professional rejissorları-Anq Lii və Stivin Spilberq indi rəqabətdədir.
XS
SM
MD
LG