Accessibility links

İstifadəyə verildiyi üç həftə ərzində dörd milyon iPhone 4S modeli satılıb


İstifadəyə verildiyi üç həftə ərzində dörd milyon iPhone 4S modeli satılıb
İstifadəyə verildiyi üç həftə ərzində dörd milyon iPhone 4S modeli satılıb

Apple şirkətinin bildirdiyinə görə, istifadəyə verildiyi üç həftə ərzində dörd milyon iPhone 4S modeli satılıb. Bu, telefon satışı sahəsində ən böyük göstəricidir.

Satışa çıxdığı ilk gün bir milyon iPhone sifarış edilmişdi. Online və telefonla sifarişlərlə yanaşı, mağazalarda sübh çağından uzun növbələr yaranmışdı. Sifarişlərin əksəriyyəti AT&T, Verizon Wireless and Sprint Nextel telefon şirkətləri vasitəsi ilə edilmişdi.

Apple-in satışının çoxluğuna baxmayaraq, onun rəqibi Android sistemi dünya bazarlarında daha artıq səhmə malikdir.

Samsung şirkəti isə Apple-in yeni telefonlarının öz patentlərinə zidd olduğunu bəyan edib.

Apple 199-la 399 dollarğa arasında dəyəri olan telefonların satışının əvvəlki iPhone 4 modelinin 600 min dollarlıq satışından qat-qat yüksək olduğunu bildirib.

XS
SM
MD
LG