Accessibility links

St.Luisdə polis zorakılığına qarşı etiraz aksiyası təşkil edilib


ABŞ-ın Missuri ştatının St.Luis şəhərində polis zorakılığına qarşı etiraz aksiyası təşkil edilib.

Yüzlərlə nümayişçinin qatıldığı tədbir dinc keçirilib.

Bu şəhərdə iki ay ara verilmədən aksiyalar keçirilmişdi. Buna səbəb Ferqusendə avqust ayında polis işçisi tərəfindən qaradərili gəncin güllə ilə vurulub öldürülməsi olmuşdu.

Bu dəfə də daha bir qaradərili gəncin polis tərəfindən öldürülməsinə etirazlar bildirilir.

Dünəndən start verilən nümayişlər prokurorluq binası qarşısında bu gün davam etdirilib. Aksiyaların bazar ertəsi gününədək sürəcəyi bildirilir.

4 günlük tədbirin iştirakçıları Maykl Braunu öldürən polis zabitinin həbsini tələb edir.

Bu həftə polis 18 yaşlı Vonderitt Mayersin öldürülməsindən sonra 7 etirazçını nəzarət altına alıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG