Accessibility links

Stokholm hücumu ilə əlaqədar Özbəkistan vətəndaşı həbs edilib


İsveç polisi cümə günü Stokholmun mərkəzində yük maşınını kütlənin üzərinə sürən şəxsi həbs edib. Terror cinayəti kimi qiymətləndirilən hücum zamanı dörd nəfər ölüb, ondan çox adam yaralanıb.

Polis Stokholm ətrafında həbs edilən şəxsin kimliyi və motivləri barədə açıqlama verməkdən imtina edib. Lakin İsveç radiosu adının açıqlanmadığı mənbəyə əsasən, terror hadisəsini törədən şəxsin Özbəkistandan olduğunu bildirib.

Polis və təcili yardım işçiləri Stokholmda hücumun baş verdiyi hadisə yerində
Polis və təcili yardım işçiləri Stokholmda hücumun baş verdiyi hadisə yerində

"Haqqında danışılan şəxs, bu halda sürücü, təqsirli qismində həbs edilib"-deyə polis sözçüsü Lars Bistrom bildirib. O əlavə edib ki, yalnız bir şəxsin nəzarət altına alındığına baxmayaraq, rəsmilər onunla əlbir şəxslərin olduğunu istisna etmir.

Terrorizmin məqsədi demokratiyanın zəiflədiməsidir. Lakin onlar İsveçdə öz məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər

İsveçin baş naziri Stefan Lofven insidentin şübhəsiz ki "terror hücumu" olduğunu deyib. Hadisə yerinə baş çəkən baş nazir oraya gül-çiək qoyub, şam yandırıb. "Terrorizmin məqsədi demokratiyanın zəiflədiməsidir. Lakin onlar İsveçdə öz məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər"-deyə o bildirib.

Hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Polis İsveç sərhədlərində təhlükəsizliyin gücləndirildiyini və Danimarka ilə İsveç arasında Oresund körpüsündə nəqliyyatın məhdudlaşdırıldığını bildirib.

İsveçin baş naziri Stefan Lofven hadisədən sonr bəyanatla çıxış edir
İsveçin baş naziri Stefan Lofven hadisədən sonr bəyanatla çıxış edir

Son bir ildə Nitsa, Berlin və Londonda törədilmiş hücumlarda yük maşınlarından istifadə edilib. Bu hücumlara görə məsuliyyəti öz üzərinə İslam Dövləti qrupu götürüb.

Stokholmda hücum bu kimi ciddi insidentlərin baş vermədiyi İsveçdə şok kimi qarşılanıb.

İsveç kralı Karl Qustaf hadisə qurbanlarının ailələrinə başsağlığı bildirib. Kral cümə günü Braziliyaya səfərini yarımçıq qoyaraq İsveçə qayıdıb.

XS
SM
MD
LG