Accessibility links

Stokholmda bomba partlayışları baş verib


Stokholmda bomba partlayışları baş verib

Stokholmda bomba partlayışları baş verib

İsveç paytaxtı Stokholmda baş verən partlayış nəticəsində bir adam ölmüş, iki nəfər isə yaralanmışdır. Polis hadisəni terror aktı kimi dəyərləndirib. Polis sözçüsü Anders Tornberq rəsmilərin hadisəni terror aktı kimi araşdırdıqlarını xəbər verib, lakin əlavə edib ki, təhlükəsizlik səviyyəsi qaldırılmayacaq.

İsveç baş naziri Fredrik Raynfeldt Stokholmun ticarət mərkəzindəki hadisəni "qəbuledilməz" adlandırıb, çünki, onun sözlərinə görə "İsveç açıq cəmiyyətdir."

Birinci partlayış izdihamın sıx olduğu ticarət küçəsində baş verib və nəticədə iki adam yüngül yaralanıb. Az sonra həmin küçədə ikinci partlayış baş verib. Polis hadisə yerində bir cəsəd aşkar edib. Rəsmilər həmin adamın intiharçı olduğunu güman edirlər.

Partlayışlardan öncə İsveç xəbər agentliyinə ərəb və isveç dillərində email göndərilib. Mesajda İsveçin Əfqanıstandakı hərbi əməliyyatlarda rolu və 2007-ci ildə isveçli artist Lars Vilksin Məhəmməd peyğəmbərə dair karikaturası qeyd olunur.

XS
SM
MD
LG