Accessibility links

NATO İslam Dövləti qrupuna qarşı mübarizəsini və Ukraynadakı təcavüzkar əməllər törədən Rusiyaya reaksiyasını sərtləşdirməyə hazırlaşır.

Bu həftə Vaşinqtonda səfərdə olan NATO-nun baş katibi Cens Stoltenberq Amerikanın Səsinin Serbiya xidmətinə müsahibəsində alyansın gələcəyi haqda danışıb.

Hazırda biz Soyuq Müharibə bitdiyindən bəri kollektiv müdafiə gücümüzün ən böyük möhkəmləndirilmə proqramını həyata keçiririk.

“Bu, bizim üzləşdiyimiz iki ən böyük problemdir, və onlar çox fərqlidir. Amma eyni zamanda biz həm Cənubda, həm Yaxın Şərqdə, həm də Şərqdə Rusiyanın yaratdığı problemləri həll etməyə qadir olmalıyıq. Hazırda biz Soyuq Müharibə bitdiyindən bəri kollektiv müdafiə gücümüzün ən böyük möhkəmləndirilmə proqramını həyata keçiririk,” deyə o bildirib.

Stoltenberqin sözlərinə görə, NATO Rusiya ilə qarşıdurmaya girmək, yaxud soyuq müharibəni bərpa etmək niyyətində yox, əksinə Rusiya təyyarəsinin Türkiyə üzərində vurulması kimi halların qarşısını almaq üçün Rusiya ilə dialoq aparmaq istəyir. O, qeyd edib ki, belə bir hadisə baş verdiyində, NATO onun nəzarətdən çıxmasının qarşısını almağa kömək edə bilər.

Stoltenberq NATO-nun kollektiv müdafiəsini möhkəmləndirməsinin səbəbi olaraq şərqi Avropa, Yaxın Şərq və Şimali Afrikada yaranmış yeni təhlükəsizlik mühitini qeyd edib.

O, çətin vəziyyətlərin daha da çətinləşməsinin qarşısını almaq üçün müxtəlif şəffaflıq və risk-azaltma mexanizmlərindən istifadənin vacibliyini vurğulayıb.

Stoltenberq iyulda Varşavada keçiriləcək NATO sammitindən öncə ABŞ liderləri ilə məsləhətləşir. Samit zamanı gündəmdə ən əsas yeri Yaxın Şərq və Avropadakı miqrant böhranının tutacağı gözlənilir.

NATO sədri alyansın böhranın həll olunmasına yardım məqsədilə Egey Dənizinə gəmilər göndərdiyini bildirib. O deyib ki, gəmilərin ora göndərilməsinin məqsədi miqrantlar və qaçqınlarla birgə geri gəlməsi deyil, orada nəzarət, kəşfiyyat və monitorinq işləri aparmaqdır.

Stoltenberq həmçinin qeyd edib ki, NATO əldə etdiyi məlumatları Türkiyə və Yunanıstan Sahil Təhlükəsizlik Xidmətləri, eləcə də Avropa İttifaqının Sərhəd Agentliyi Frontex-lə bölüşür.

XS
SM
MD
LG