Accessibility links

Stoltenberq Rusiyanı NATO üzvlərinin hava hövzəsini bundan sonra pozmamağa çağırıb


NATO-nun Baş katibi Yens Stoltenberq
NATO-nun Baş katibi Yens Stoltenberq

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanı alyansın hava hövzəsinin pozulmayacağını təmin etmək üçün "lazım olan bütün ölçüləri götürməyə" çağırıb. Stoltenberq bu bəyanatı Türkiyənin Rusiyanın hərbi təyyarəsinin radarlarlar xəbərdarlığa baxmayaraq ölkənin hava hövzəsini pozduğunu bildirməsindən sonra verib.

"Rusiyanın qırıcı təyyarəsi dünən Türkiyə hökumətinin dəfələrlə xəbərdarlığına baxmayaraq, ölkənin hava hövzəsini pozub. Bundan əvvəlki insidentləri bu kimi davranışın nə dərəcədə təhlükəli olduğunu göstərir"-deyə Stoltenberq bildirib.

NATO-nun Baş katibi Rusiyanı məsuliyyətli davranmağa və Şimali Atlantik alyansın hava hövzəsinə hörmətlə yanaşmağa çağırıb.

Yens Stoltenberq NATO-nun Türkiyə ilə bir dayandığını və müttəfiq ölkə olan Türkiyənin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Noyabr ayında Türkiyə Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya hərbi qüvvələrinin təyyarəsinin ölkənin hava hövzəsini bildirərək vurub salmışdı. İnsident Ankara və Moskva arasında dipomatik münasibətlərin pozulması, Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməsilə nəticələnmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG