Accessibility links

Stoltenberq: "NATO Rusiya ilə görüşməyi planlaşdırır"


Bu gün NATO baş katibi Cens Stoltenberq bəyan edib ki, NATO bu həftə keçiriləcək Varşava sammitindən sonra Rusiya ilə formal danışıqlar aparmaq fikrindədir.

Təxminən iki ildən sonra bu ilin aprelində ilk dəfə görüşən NATO-Rusiya Şurasının toplantısı Ukrayna münaqişəsi və digər problemlərə görə dərin fikir ayrılığı ilə başa çatıb.

İyulun 8-də Varşavada NATO-nun ikigünlük sammiti başlayır.

Stoltenberq bildirib ki, tərəflər sammitdən əvvəl görüşmək barədə razılığa gələ bilməyiblər.

Varşava sammitində Polşa, Estoniya, Latviya və Litvada 4 güclü batalyon yerləşdirilməsi və NATO-nun bu istiqamətdə genişlənməsi müzakirə olunacaq. Rusiya qəti şəkildə buna qarşı çıxır.

Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki separatçı münaqişəyə görə tərəflər arasında münasibətlər soyuq müharibə dövründən sonra ən aşağı həddə düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG