Accessibility links

Stoltenberq: NATO-nun qlobal aksiyaları müdafiə xarakteri daşıyır


NATO baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür
NATO baş katibi Yens Stoltenberq İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür

NATO-nun Baş katibi yens Stoltenberq alyansın qlobal aksiyalarının beynəlxalq təəhhüdlərə uyğun olub müdafiə xarakteri daşıdığını və proporsional olduğunu deyib.

NATO parlament assambleyasının İstanbulda keçirilən toplantısında danışan Stoltenberq Rusiya ilə münasibətlər, Türkiyədə dövlət çevrilişinə cəhd və Birləşmiş Ştatlarda prezident seçkiləri kimi məsələlərə toxunub.

Rusiyanın Ukraynada təcavüzündən öncə NATO-nun alyansın şərq hissəsinə əsgəri qüvvə göndərmək planları yox idi.
Yens Stoltenberq

Rusiya ilə münasibətlərə toxunaraq NATO baş katibi alyansın "güclü müdafiə və əhəmiyyətli dialoq" kimi yanaşmaya üstünlük verdiyini deyib.

"NATO-nun bütün aksiyaları beynəlxalq təəhhüdlərə uyğun olaraq müdafiə və proporsional xarakter daşıyır. Rusiyanın Ukraynada təcavüzündən öncə NATO-nun alyansın şərq hissəsinə əsgəri qüvvə göndərmək planları yox idi. NATO-nun məqsədi münaqişənin qaşısını almaqdır, münaqiəyə təhrik etmək deyil. Bundan əlavə biz Rusiya ilə münasibətlərdə güclü müdafiə və əhəmiyyətli dialoq kimiikitərəfli yanaşmaya möhkəm inanırıq və bunun möhkəm tərəfdarıyıq"-deyə Yens Stoltenberq bildirib.

Türkiyədə dövlət çevrilişinə cəhd

NATO baş katibi Türkiyədə iyul ayınd dövlət çevrilişinə cəhd haqda deyib ki, bu hadisələr azadlıq və demokratiyanın özü-özünə mövcud olmayıb, qorunub müdafiə olunmalı olduğuna dair bir xatırlatmadır.

Türkiyə təhlükəsizlik qüvvələrinin üzvü Ankara məscidinin qarşısında
Türkiyə təhlükəsizlik qüvvələrinin üzvü Ankara məscidinin qarşısında

"Bz bu gün burada,Türkyədə çevrilişə cəhddən bir neçə ay sonra görüşürük. Bu bizə bir xatırlatma olmadır ki, demokratiya və azadlıq özünə-özünə mövcud olmuş, onlar qətiyyətlə müdafiə olunmalıdır. Sentyabr ayında ən parlament binasında bütün siyasi partyaların üzvləri ilə görüşdüm. Onlar dövlət çevrilişi cəhdinin baş verdiyi gecə partlamentə gəlmiş və demorkatik təsisatları müdafiə etmək üçün burada bir dayanmışdı. Bu məndə böyük təəssürat yaratmışdı və mən bu gün onları göstərdikləri cəsarətə və demokratiyaya sadiqliyinə görə alqışlamaq istəyirəm"-deyə Stoltenberq bildirib.

Terrorizmə qarşı mübarizə

İstanbulda NATO-nun toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın terrorizmə qarşı mübarizədə dünyanın başqa ölkələrinin dəstəyinə ehtiyacı olduğunu deyib. Lakin Avropa İttifaqını və Birləşmiş Ştatları terror qruplarına münasibətdə birmənalı yanaşma nümayiş etdirməməkdə günahlandırıb.

Türkiyə terror təşkilatları və dünyanın qalan hissəsi, xüsusilə də Avropa arasında sədd rolunu oynayır. Biz terrorizmə qarşı mübarizədə məğlub olsaq, bu sədd dağılsa terrorçular dünyanı atəşə tutub qan içində boğar.
Rəcəb Tayyib Ərdoğan

ƏrdoğanTürkiyənin terror təşkilatları və dünya arasında bufer rolu oynadığını deyib.

"Türkiyə terror təşkilatları və dünyanın qalan hissəsi, xüsusilə də Avropa arasında sədd rolunu oynayır. Biz terrorizmə qarşı mübarizədə məğlub olsaq, bu sədd dağılsa terrorçular dünyanı atəşə tutub qan içində boğar."

Ərdoğan Birləşmiş Ştatlar və başqa ölkələri Suriyada uçuşlara yasaq zonasına dair Türkiyənin təklifini yenidən nəzərdən keçirməyə çağırıb.

O eyni zamanda, müttəfiqlərin İŞİD-ə qarşı mübarizədə Suriyada kürd döyüşçülərinə güvənməsini tənqid edib. Türkiyə ABŞ-ın dəstəklədiyi kürd döyüçülərini ölkədə fəaliyyəti qadağan olunmuş kürd yaraqlılarının davamçıları hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG