Accessibility links

Stomatologiya robotları [Video]


Stomatologiya robotları
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Kompyuterə əsaslanan tibbi cihazlar getdikcə həyatı həkimlər və xəstələr üçün daha da asanlaşdırır.

Dişə qapaq qoymaq üçün çox vaxt diş həkiminə bir neçə dəfə getmək lazım gəlirdi. Həkim zədələnmiş diş üçün qapaq hazırlayana qədər xəstənin müvəqqəti qapaq taxması lazım gəlir.

1980-ci ildən bəri bu proses getdikcə robot tərəfindən görülməyə başlayıb. Beləliklə sərf olunan vaxt 1-2 saata enib. Diş həkimində oturub gözləmək artıq daha çox vaxt tələb etmir.

Maykl Silveus: "Xəstəni müayinə etmək təxminən 12 dəqiqəyə başa gəlir. Qalan iş xəstənin ağzından kənarda baş verir."

Virciniyada yerləşən ofisində Maykl Silveus və onun asistenti xəstənin dişini yeni qapaq üçün hazırlayırlar.

Dişi yonmaq beş dəqiqə aparır.

Zədələnmiş dişin formasını plastik materiala götürmək yerinə, Silveus diş və ətrafını video kamera ilə çəkir.

Bu nöqtədən sonra işi kompyuter öz üzərinə götürür. Yeni diş qapağını dizayn edir və robot maşına ölçüləri göndərir.

Dişdən böyük olmayan çini material robot maşına yerləşdirilir və yonularaq dişdən fərqlənməyən formaya gətirilir.

Qapağı bərkitmək üçün təxminən 10 dəqiqə yüksək temperaturda bişirmək lazım olur. Proses vaxtı həmçinin dişin digər dişlərdən fərqlənməmək üçün rənglənir. Beləliklə, diş qapağı xəstənin ağzına yerləşdirilmək üçün hazırdır.

Xəstə nəticədən çox məmnundur.

"Əladır. Öz dişimə oxşayır."

Həkim Silveus deyir ki, hətta bu texnologiya bir gün geridə qalmış olacaq.

Maykl Silveus: "Biz genetik mühəndislik və klonlama kimi yenilikləri gözləyirik. Beləliklə siz diş minasından istifadə edərək xəstənin əsl dişinə oxşar qapaq düzəldə bilərsiz."

O xəstələrinin bir səfərlə yeni diş qapağına sahib olmalarından məmnun qaldığını deyir.

XS
SM
MD
LG