Accessibility links

Yeni qasırğa Nyu-York və Nyu-Cersini işıqsız qoyub


Bu gün Birləşmiş Ştatların şimal-şərqində şaxtalı qasırğa Sendi superqasırğadan sonra özlərinə gələ bilməyən sakinlərin həyatını daha da acınacaqlı edib. Sendi qədər güclü olmasa da bu qasırğa sahilə özü ilə buzlu yağış və saatda 97 kilometr sürətlə əsən külək gətirib.

Nyu-York və Nyu-Cersi boyu və Konnektikyut ştatına doğru 17 santimetrədək qarın yağacağı ehtimal edilir.

Nyu-York ştatında və Nyu-Cersidə kommunal xidmətlər idarəsi təxminən 650 000 istifadəçinin işıqsız qaldıqlarını deyib. Onların arasında ötən həftə Sendi qasırğasından bəri işıqsız qalan və elektrik sistemi yenicə bərpa edilmiş mənzillər də var. Yeni qasırğa Nyu-York şəhərində qatar və uçuş xidmətləri dayandırılıb.
XS
SM
MD
LG