Accessibility links

Rammasun qasırğası Çinin cənubuna doğru irəliləyir


Filippində onlarla adamın ölümünə səbəb olmuş güclü qasırğa bu gün günorta Çinin cənubuna yaxınlaşmazdan əvvəl güclü tufana çevrilib.

Rəsmi Sinhua xəbər agentliyi bildirib ki, qasırğadan əvvəl 26 mindən çox insan Hainan vilayətindən evakuasiya edilib. Çinin Milli Meteorologiya Mərkəzi “Qırmızı Siqnal” adlanan və ən təhlükəli anlar üçün nəzərdə tutulan təhlüksəzilik siqnalını işə salıb.

Qasırğa ötən günlərdə daşqınlar nəticəsində artıq onlarla insanın öldüyü Çinin cənubuna güclü küləklər, böyük dalğalar və şiddətli yağışlar gətirib.

Tay dilində Rammasun adlanan və “İldırım Allahı” mənası verən qasırğa bu həftə Filippinin şimalından keçərək 40 nəfərin ölümünə səbəb olub.

Paytaxt Manila və ətraf bölgələrdə elektrik naqillərinin sıradan çıxması və ağacların qırılaraq yolları kəsməsi nəticəsində milionlarla insan işıqsız qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG