Accessibility links

Stuxnet daxil olduğu kompyuterə zərər vurduqdan sonra öz-özünü məhv etmək gücünə malikdir

2010-cu ildə İran bildirmişdi ki, Natanz nüvə obyektində uranın silah səviyyəsində zənginləşdirilməsində istifadə edilən 1000-ə yaxın sentrifuqa kompyuter virusu tərəfindən sıradan çıxarılıb. Virus elektrik mühhərriklərinin sürət qutularını zədələyərək İranın nüvə proqramını azı iki il geriyə salıb. İran hücuma görə ABŞ və İsrail kəşfiyyat təşkilatlarını günahlandırıb.

Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu kiber hücumda Stuxnet virusunun istifadə olunduğunu ehtimal edir. Ancaq digər kompyuter viruslarından fərqli olaraq Stuxnet sadəcə xüsusi konfiqurasiyaya malik olan şəbəkələrə hücum üçün nəzərdə tutulub.

Stuxnet “soxulcan” adlanan kompyuter proqramıdır. Bu virus kompyuterə və ya kompyuterlər şəbəkəsinə daxil edildikdə, o özünün surətlərini çıxararaq cihazlara müdaxilə edir. Kompyuterə daxil olan virus faylları sıradan çıxardır və proqramların faaliyətlərini pozur.

Stuxnet Microsoft Windows əməliyyat sistemini işlədən kompyuterlərə hücum üçün hazırlanıb. Bu virus çox sadə şəkildə disklər və pozula bilən drayverlər vasitəsi ilə də yayıla bilir.

Kompyuterə zərər vurduqdan sonra virus öz-özünü məhv etmək gücünə malikdir və onun izini tapmaq çox çətindir. Stuxnet üzrə mütəxəssislərə görə bu virus çox mürəkkəb proqramdır və ancaq hökümət təşkilatları bunu hazırlamaq imkanına malikdir.
XS
SM
MD
LG