Accessibility links

Vətəndaş cəmiyyəti Açıq Hökumət Təşəbbüsünün yayılmasını istəyir


Sivil Toplum Platforması

Sivil Toplum Platforması

Bir sıra fəallar Azərbaycanda Açıq Hökümət Təşəbbüslərinin yayılmasının və vətəndaş cəmiyyətinin iştirakının genişləndirilməsinin vacibliyi barədə mövqe sənədi hazırlayıb.

“Sivil Toplum Platforması (STV) Azərbaycanın Açıq Hökümət Tərəfdaşlığına üzv ölkələri arasında tamhüquqlu üzvlük statusunu itirən yeganə ölkə olmasına təəssüf edir, höküməti qısa müddətdə öhdəliklərini yerinə yetirməyə çağırır”, sənəddə deyilir.

STP hesab edir ki, Azərbaycanda Açıq Hökümət Təşəbbüslərinin yayılması istiqamətində vətəndaş cəmiyyətinin cəmləşdiyi Platformanın yaradılması, hökümətin vətəndaş cəmiyyətinin səslərini eşitməsi, onlarla dialoq və məsləhətləşmələr aparması vacibdir.

Azərbaycan höküməti isə vətəndaş cəmiyyətinin fikirləri ilə razılaşmır. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində informasiya əldə edilməsinin asanlaşdırılması üçün praktiki işlər görüldüyünü bildirib.

Açıq Hökümət Tərəfdaşlığı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan hökümətinin bir il vaxtı var. Bu müddətdə hökümət vətəndaş cəmiyyəti ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində konkret addımlar atmalıdır. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib, lakin Açıq Hökümət Tərəfdaşlığı çərçivəsində keçirilən tədbirlərdə müşahidəçi qismində iştirak edə biləcək.

U 2011-ci ildə BMT-nin 66-cı Baş Assambleyasında rəsmi olaraq yeni beynəlxalq təşəbbüs - Açıq Hökümət Tərəfdaşlığı elan edildi. Azərbaycan Açıq Hökümət Tərəfdaşlığını bəyan edən ilk ölkə olsa da 2014-cü ildə QHT-lərin fəaliyyəti mümkünsüz olub. 2016-cı ildə Cənubi Afrika Respublikasının Cape Town şəhərində keçirilən Açıq Hökümət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclasında Azərbaycan statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilir. Buna səbəb isə hökümət üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır.

XS
SM
MD
LG