Accessibility links

Ancelina Coli bu il Hollivudun ən gəlirli aktrisası olub


Ancelina Colidən yeni xəbərlər. Ancelina Coli bu il Hollivudun ən gəlirli aktrisası olub.

Forbes jurnalı 38 yaşlı aktrisanın 2012-2013-cü illərin iyun ayları arası 33 milyon dollar pul qazandığını açıqlayıb. Bu, onun bir il əvvəlki gəlirindən daha çoxdur.

Maraqlısı isə bundadır ki, aktrisa bu məbləğdə pulu və titulu heç bir rol ifa etmədən qazanıb.

Cennifer Laurens 26 milyon dollarla bu il ikinci yeri tutub. Ötən ilin ən çox gəlir əldə edən aktrisası Kristin Styuard isə bu il 22 milyon dollarla üçüncü yerlə kifayətlənib.

Yeri gəlmişkən, Ancelina Coli bu arada Cennifer Anistonu da üstələyib. Cennifer Aniston 20 milyon dollarla bu il ən çox pul qazanan aktrisa kimi dördüncü yerdədir.
XS
SM
MD
LG