Accessibility links

Su terapiyası-Kiçik addımlar [Video]


Fiziki problemləri olan insanlara həyat maneəli uzun bir yoldur. Onurğa sütunu dələnmiş və ya doğum defektləri ilə doğulmuş insanlar üçün ən sadə hərəkətlər belə problemdir. Avtobusa minmək, sinif otağına girmək, hamam otağından istifadə etmək kimi. Lakin Tennessi ştatında keçirilən bir araşdırmanın nəticəsi olaraq əlillərin həyatlarında böyük inkişaflar qeydə alınıb.

Tim Patterson yeriməyə çalışır. 7 il əvvəl onurğasında yaranan şiş onu həmişəlik hərəkətsizliyə məhkum edib. İndi onun ayaq üstə durması bir möcüzədir. Patterson mobil araşdırmaların iştirakçısıdır. “Proqrama başlamazdan əvvəl heç bir hərəkət edə bilmirdim. İndi isə oturmazdan əvvəl 27 metrlik məsafəyədək yeriyə bilirəm. Bu, böyük bir inkişafdır.”

Proqrama rəhbərlik edən Sendi Stivensin dediyinə görə, burada mühüm olan sudur. Middle Tennessi Universitetinin alimi su terapiyasının ayaqları yümgülləşdirdiyini, hərəkətlərin asanlaşdığını bildirir. “Ən az kontrolla, əzələlərin məhdud gücü ilə belə onlar irəliyə addım ata bilir. Buna nail olunduqda onlar üçün fəaliyyət başlayır.”

Yerimək refleks hərəkətidir. Beyinlə əlaqədar olaraq onurğaya ciddi zədə dəydikdə belə ayaqlar addım atmağı unutmur. “Yerimək üçün stimullaşdırıcı bu şəraiti yarada bilsək, beyin stimullaşdırmasa belə təbii addım atmaq mümkün olur.”

Alimlər su terapiyasının az olmasına baxmayaraq, mühüm nailiyyətə yol açdığını deyir. Stivens hətta bu kiçik uğurların əhəmiyyətli təsirə malik olduğunu bildirir. “Qonaq getmək, tualetdən istifadə etmək olar. Əlavə imkanlar da açıla bilər.”

Tim Patterson üçün bu imkanlara nail olmaq 2 il vaxt aparıb.

Laboratoriya direktoru Don Morqan növbəti addımın su yürüş cihazının mobilliyi inkişaf etdirməsi olduğunu deyir. “Beynin əvvəllər işləməyən hissəsləri işləməyə başlayır. Eyni ilə bu, onurğada da baş verir. Bunun təsiri periferiyalarda özünü göstərir. Başqa sözlə ayaqlar işləməyə başlayır.”

Morqan deyir ki, araşdırmaların hara aparacağından asılı olmayaraq, bu, heç olmasa əlillərə bir ümid, normal həyata başlanğıcdır.

XS
SM
MD
LG