Accessibility links

FIFA qalmaqallı dişləmə insidentini araşdırır


FİFA rəsmiləri Dünya futbol kuboku uğrunda çempionatın oyunu zamanı italiyalı oyunçunu dişlədiyinə görə uruqvaylı futbolçu Luiz Suarezə qarşı intizam məsələsi qaldırıb.

Dünən Uruqvay-İtaliya matçının 80-ci dəqiqəsində Suarez italiyalı müdafiəçi Ciorcio Çiellinini itələyərkən video və foto görüntülər onun Çiellininin sol çiynini dişlədiyini göstərib.

İtaliyalı oyunçu bu an yerə yıxılaraq çiynini əli ilə tutub. Bundan sonra o, ayağa qalxaraq çiynindəki diş izlərini hakimə göstərib.

Hakim bundan əvvəl də əks tərəfin oyunçularını iki dəfə dişlədiyinə görə oyundan kənarlaşdırılan Suarezə cərimə vərəqəsi göstərməyib.

Çiellini hakimin Suarezi oyundan kənarlaşdırmamasının gülünc hal olduğunu bildirərək, baş verənlərə görə qəzəbini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG