Accessibility links

Sudan prezidenti Ömər Əl-Bəşir BMT-nın Baş Assambleyasında iştirak etmək məqsədi ilə Birləşmiş Ştatlara viza üçün müracət edib. Lakin ABŞ hökuməti onun müharibə cinayətinə görə axtarışda olduğu üçün bu səfərə çıxmasının səhv addım olduğunu deyib.

Dövlət Departamentinin sözçüsü Meri Harf vizanın verilib-verilməyəcəyi barədə məlumat verməkdən yayınıb.

İnsan Haqları fəalları ölkələri prezident Bəşiri ölkələrinə buraxmamaları üçün təyziq göstərir.

Sudan prezidenti Beynəlxalq Cinayət Məhkəməsi təşkilatına üzv olmayan ölkələr və toxunulmazlığına zəmanət verən ölkələrə səyahət edir.
XS
SM
MD
LG