Accessibility links

BMT-nin konvoyuna hücum olub


Hadisəni törədənlərin hökümətə qarşı döyüşən üsyançılar olduğu güman edilir

BMT rəsmisi deyib ki, Cənubi Sudanda BMT-nin konvoyuna silahlı hücum zamanı beş Hindistan sülhməramlısı və BMT-nin yeddi missiya işçisi həyatını itirib.

Hücum Konqli ştatının Qumuruk qəsəbəsi yaxınlığında baş verib. BMT-nin baş katibi Ban Gi Mun bəyanatında deyilir ki, hadisə zamanı 9 nəfər yaralanıb və vəziyyətləri kritikdir.

Cənab Ban hücumu çox kəskin ifadələrlə pisləyib və cinayətkarları ədalət qarşısına çıxardılmasına çağırıb.

Cənubi Sudanın hərbi sözüçüsü hücuma görə hökümət qüvvələrinə qarşı döyüşən David Yaunun başçılıq etdiyi üsyançıları təqsirləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG