Accessibility links

Cənubi Sudanın paytaxtı Cubada dörd gün davam edən döyüşlər nəticəsində yüzlərlə insanın ölməsi və minlərlə adamınsa didərgin düşməsindən sonra üsyançı liderlərin həssas adlandırdığı atəşkəs qüvvədə qalır.

Prezident Salva Kiir və onun uzun zaman rəqibi olan birinci vitse-prezident Rik Makarın təklif etdiyi atəşkəs barədə razılıq döyüşlərdən cana gələn sakinlər və Afrikada vətəndaş müharibəsinin başlaya bilməsindən narahat olan xarici dövlətlər tərəfindən alqışlanıb.

“Atəş səsləri çox yüksək idi, biz nə edəcəyimizi bilmirdik. Hər kəs qaçırdı. O vaxtdan, şənbə günündən bəri atəş səsləri eşidilir. Gecə saatlarında biz güllə atıldığını görürük. Biz geri getməyə qorxuruq”

Cuba şəhərinin küçələrində, mərkəzi bazarlarda insanların ərzaq ehtiyatlarına ehtiyacı var. Şəhərdə mağazalar qarət edilib, ərzaq çatışmazlığı səbəbi ilə qiymətlər bahalaşıb.

Etnik qruplar arasında döyüşlər ilk olaraq ötən həftənin cümə axşamı prezidentə sadiq qüvvələrlə Makar tərəfdarları arasında toqquşmalarla başlayıb. Döyüşlər üç gün davam edib. Bu, 2015-ci ildə iki il sürən vətəndaş müharibəsindən sonra ən qanlı hərbi toqquşmadır.

XS
SM
MD
LG