Accessibility links

Sudanın Mərkəzi Bankı yeni pul vahidinin dövriyyəyə buraxılacağını elan edib

  • Amerikanın səsi

Sudanın Mərkəzi Bankı yeni pul vahidinin dövriyyəyə buraxılacağını elan edib

Sudanın Mərkəzi Bankı yeni pul vahidinin dövriyyəyə buraxılacağını elan edib

Sudanın mərkəzi bankı bu ayın sonunda başlayaraq yeni pul vahidini dövriyyəyə buraxacaq. Mərkəzi Bankın başçısı Məhəmməd Xeyr əl-Zubeyr bu gün Xartumda müxbirlərə deyib ki, köhnə pul vahidinin dövriyyədən tamam çıxması 2-3 ay vaxt aparacaq. Əl-Zubeyrin sözlərinə görə, hökumət yeni pul vahidini Cənubi Sudanın öz valyutasını yaratmaq qərarına qarşı ehtiyat tədbiri olaraq buraxır. Prezident Ömər əl-Bəşir yeni pul vahidinin buraxılmasını bu həftə Xartumda Milli Assambleya qarşısında çıxışı zamanı elan edib. Bir həftə bundan əvvəl müstəqillik qazanmış Cənubi Sudan bazaar ertəs günündən öz pul vahidini dövriyyəyə buraxacağını elan edib.

XS
SM
MD
LG