Accessibility links

Ölüm cəzasına məhkum edilmiş sudanlı qadın azad edilib


Məryam Yəhya İbrahim
Məryam Yəhya İbrahim
Xristian dinindən imtina etmədiyinə görə keçən ay ölüm cəzasına məhkum edilən sudanlı qadın azad edilib.

Sudanın rəsmi xəbər agentliyi SUNA-nın bildirdiyinə görə, məhkəmə Məryam Yəhya İbrahimə qarşı çıxarılan ölüm hökmünü bazar ertəsi ləğv edib.

Məryam Yəhya İbrahimin anası xristian, atası isə müsəlmandır. O, xristian kimi boya-başa çatıb. Lakin Sudan qanununa görə atası müsəlman olan şəxs müsəlman sayılır.

Məryam Yəhya İbrahimin həyat yoldaşı Daniel Vani da xristiandır. Lakin Sudan qanununa görə digər dinə məxsus şəxslə müsəlman arasında evliliyə icazə verilmir.

İbrahimin vəkili onun azad edilməsinin belə bir nikahın qəbul edildiyi demək olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG