Accessibility links

Sudan-İran müttəfiqliyi və İsrailin narahatlıqları


international airport September 26, 2011.
international airport September 26, 2011.

İsrail Xartum və Tehranı fələstinli yaraqlıları silahlandırmaqda ittiham edir


Sudanın İsraili Xartumda keçən həftə silah zavodunu bombardman etməkdə ittiham etməsi diqqəti bir məsələyə çəkdi. Bu da İsrailin uzun müddətdir Sudanın İranla əlbir olaraq fələstinli üsyançılara silahla təmin etməsi ilə bağlı şikayətlərindən ibarətdir.

Sudan və İran on illərdir müttəfiq münasibətlərinə malikdir. İki ölkə arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən hərbi əməkdaşlıq gücləndirilib. Bu əməkdaşlığın bir hissəsi olaraq İranın iki hərbi gəmisi bazar ertəsi Port Sudanda lövbər salıb. Tərəflər gəmilərin limana gəlməsini adi qaydada nəzərdə tutulmuş səfər kimi təsvir edib.

Lakin iki müttəfiq ölkənin silah qaçaqmalçılığında əməkdaşlığı ilə bağlı iddialar oktyabrın 24-də Sudan paytaxtı Xartumda Yarmuk silah zavodunda iki partlayışdan sonra daha da güclənmişdir.

Xartumdakı hərbi obyektlə bağlı şübhələr

ABŞ-da qərargahlanan Satellite Sentine Project adlı monitorinq qrupu Yarmuk zavodunun partlayışdan əvvəl və sonra çəkilmiş fotolarını təhlil edib. Qrup təyyarələrin havadan zərbə endirdiyi zaman orada “yüksək dərəcədə həssas yük”saxlandığına dair nəticə çıxarıb.

Sudan rəsmiləri partlayış zamanı dörd nəfərin öldüyünü bildirib və İsrail təyyarələrini tələfat və dağıntılara görə ittiham edib.

İnsident baş verəndən sonra İsrailin müdafiə məsələləri üzrə şərhçiləri Yarmuk zavodunda saxlanan yükün İranın köməyi ilə hazırlanmış raketlərdən ibarət olduğunu deyib. Onların bildirdiyinə görə, bu yükün Sudan və Misir əraziləri vasitəsilə sonradan Qəzza zolağında fələstinli yaraqlılara çatdırılması nəzərdə tutulurdu.

İosrail rəsmiləri Yarmuk zavodunda baş verənlərlə bağlı çox vaxt açıqlama vermkədən imtina edir, lakin onlar Sudan və İranı silah qaçaqmalçılığında birgə fəaliyyətdə ittiham etməyə davam edir.

Sudan və İranın iddialara cavabı

Sudan və İran rəsmiləri İranın Yarmuk hərbi obyektində baş verənlərlə bağlı heç bir əlaqəsi olmadığını bildirib və İsraili Sudana qarşı hücum həyata keçirmək üçün bəhanə axtarmaqda ittiham ediblər.

Sudanın Xarici İşlər nazirinin müavini Məhəmməd Osman Rahamtalla Amerikanın səsinə müsahibədə Yarmuk zavodunda insidentin Sudanın məsələsi olduğunu deyib. “Biz bu hücumun mənbəyini bildirik və hücumçulara ciddi mesaj göndərmişik. İran bu məsələ ilə heç bir əlaqəsi yoxdur”-deyə o bildirib.

Sudan bildirir ki, hava hücumunun əsas məqsədi ölkənin hərbi qabiliyyətinə zərbə endirməkdən ibarət olub.

Sünni müsəlmanların əksəriyyət təşkil etdiyi Sudan 1989-cu ildə prezident Ömər Əl-Bəşiri hakimiyyətə gətirmiş hərbi çevrilişdən bəri şiə İranın köməyi ilə hərbi qüdrətini artırmağa çalışır.
İslama əsaslanan müttəfiqlik

ABŞ-ın Sudan üzrə keçmiş xüsusi nümayəndəsi Endrü Natsiosun sözlərinə görə, Sudanda dövlət çevrilişini dəstəkləyən tanınmış islamçı siyasətçi Hasan Əl-Turabi İranın liderlərinə iki ölkə arasında sünni-şiə müttəfiqliyinin yaradılması fikri ilə müraciət edib.

Bu yaxınlarda yazdığı bir məqalədə Natsios Sudanın İranala islamçı ideologiya əsasında birgə müttəfiqlik münasibətləri yaradan yeganə ölkə olduğunu bildirir.

Amerikanın səsinə müsahibə verən bir sıra təhlilçilər Xartum və Tehran arasında 1990-cı illərdə kəşfiyyat sahəsində tərəfdaşlıq münasibətləri qurduğunu deyib. Sudan agentləri təlim üçün Tehrana gedir, İran agentləri isə Sudandan Afrikada baza kimi istifaadə edir.

Almaniyada yaşayan sudanlı mütəxəssis Maqdi El Gizuli deyir ki, sudanlıların İranda islamçı sistemə rəğbəti müttəfiqlik münasibətləri üçün əvvəllər olduğu kimi bu gün o dərəcədə böyük əhəmiyyət daşımır. “Buna sübut kimi Sudan və Birləşmiş Ştatlar arasında kəşfiyyat sahəsində 11 sentyabr terror hücumlarından sonra başlamış və bu günə qədər davam edən əmkdaşlığı göstərmək olar”-deyə o bildirir.

Sudanın silahlara olan ehtiyacı

Maqdi El Qazuli Sudanın müxtəlif cəbhələr üsyançılarla mübarizə aparmaq üçün İrandan gələn silahlara ehtiyacı olduğunu deyir.

Sudanın cənubunda Cənubi Korodofan və Mavi Nil vilayətlərində üsyançılar keçən il Xartum hökumətinə qarşı çıxmışdı. Sudanın qərbində yerləşən Darfur regionunda da 2003-cü ildən üsyançılar və hökumət qüvvələri arasında toqquşmalar baş verir.

Qazulinin sözlərinə görə, Qərb dövlətləri tərəfindən Sudana qarşı tətbiq edilmiş silah embarqosu Sudan rəsmilərini alternativ silah mənbələri tapmağa vadar edib. “Onlar İran, Rusiya və Çin raketləri növləri, imkan daxilində olan hər bir silah növünü almağa çalışır. Hansı ölkə Sudana silah texnologiyaları göndərməyə hazır olsa, Sudan bu imkandan istifadə etməyə çalışacaq”-deyə o bildirir.

BMT-nin Təhlükəsizlik Şurası 2004-cü ildə Sudanın bəzi bölgələrində müharibə aparan tərəflərə qarşı silah embarqosu tətbiq edib. Lakin Təhlükəsizlik Şurası müxtəlif ölkələrin bu silahlardan qətliam törətmək üçün istifadə edilməyəcəyinə dair qarantiya olduğu təqdirdə Sudanı silahla təchiz etməsinə icazə verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG