Accessibility links

Sudan Keniya prezidentini yenə həbs etmədi


Sudan Keniya prezidentini yenə həbs etmədi
Sudan Keniya prezidentini yenə həbs etmədi

Ömər Əl-Bəşir Keniyanın yeni Konstitusiyasının imzalanması mərasiminə qatılan regional liderlər arasında olub

Keniya Sudan prezidenti Ömər Əl-Bəşiri həbs etməmək qərarını cümə günü onun Nayrobiyə səfəri zamanı müdafiə edib. Bu gün açıqlanan bəyanatda Keniya Xarici İşlər Nazirliyi bildirib ki, hökumət Sudanda və Keniyada stabilliyə hədə törətmək istəmir. Cənab Bəşir Keniyanın yeni Konstitusiyasının imzalanması mərasiminə qatılan regional liderlər arasında olub. Səfər Sudan prezidentini müharibə cinayətləri və Darfur regionunda genosid ittihamları ilə həbs etməyə çalışan Beynəlxalq Cinayət Məhkəməsinin tənqidinə məruz qalıb. Məhkəmə bildirib ki, məhkəmənin üzvü kimi Keniya həbsi həyata keçməsində əməkdaşlıq edə bilər. Məhkəmə BMT Təhlükəsizlik Şurasından Sudan prezidentinə ev sahibliyi etdiyinə görə Keniyaya qarşı addım atmağı xahiş edib.

XS
SM
MD
LG