Accessibility links

Sudan prezidenti: Referendum vaxtında keçiriləcək


Sudan prezidenti: Referendum vaxtında keçiriləcək

Sudan prezidenti: Referendum vaxtında keçiriləcək

Cənubla şimal arasında səsvermə ilə bağlı fikir ayrılıqları planlaşdırmaya məsuliyyət daşıyan təşkilatın təsisatını dayandırıb

Sudan prezidenti Ömər əl-Bəşir deyib ki, Sudanın cənubunda müstəqillik üzərində referendum vaxtında keçiriləcək. Səsvermə gələn ilin yanvar ayının 9-na nəzərdə tutulub, və Afrikanın şərq ölkəsini ikiyə bölə bilər. Cənubla şimal arasında səsvermə ilə bağlı fikir ayrılıqları planlaşdırmaya məsuliyyət daşıyan təşkilatın təsisatını dayandırıb. Cənub rəsmiləri referendumda ləngitmələrin baş verdiyi barədə ittihamı rədd edirlər. Sudan prezidenti dünən hökumətin referendumların cədvələ uyğun vaxtda keçiriləcəyini təsdiq edib. 2011-ci ilin yanvar ayına nəzərdə tutulmuş referendum sudanlıların keçmiş Azadlıq Hərakat qiyamçı təşkilatı və hakimiyyətdə olan Milli Konqres Partiyası arasında Hərtərəfli Sülh Razılaşmasının əsəs elementidir. 2005-ci ildəki sülh sazişi Afrikanın ən üzün sürən vətəndaş müharibəsinin sona yetməsi ilə nəticələndi.

XS
SM
MD
LG