Accessibility links

Sudanın cənubunda tarixi referendum keçirilir (Yenilənib)

  • Amerikanın səsi

Sudanın cənubunda tarixi referendum keçirilir (Yenilənib)

Sudanın cənubunda tarixi referendum keçirilir (Yenilənib)

Sudanın cənubunda tarixi referendumda səsvermənin birinci günü başa çatıb. Afrikanın ən böyük ölkəsi olan Sudanın cənubunda yeni dövlətin yaranması ilə nəticələnə biləcək referendumda yüksək seçici fəallığının müşahidə edildiyi bildirilir. Səsvermədə təxminən 4 milyon insan iştirak edəcək. Səsvermə şənbə gününə davam edəcək. İlkin nəticələrin gələn həftə elan ediləcəyi gözlənilir. Referendum 2005-ci ildə Sudanda əksəriyyət təşəkil edən müsəlmanların yaşadığı şimal və əsas etibarilə xristianların yaşadığı cənub arasında 21 illik müharibəyə son qoymuş sülh razılığı əsasında keçirilir. Sudan prezidenti Ömər əl-Bəşir referendumun nəticələrini qəbul etməyə və cənuba yardım etməyə söz verib.

XS
SM
MD
LG