Accessibility links

Cənubi Sudanın prezidenti əfvə çağırır

  • Amerikanın səsi

Cənubi Sudanın prezidenti Salva Kiir

Cənubi Sudanın prezidenti Salva Kiir

Cənubi Sudanın prezidenti Salva Kiir referendumun ilkin nəticələrinin açıqlandığı bir zaman uzun sürən vətəndaş müharibəsi dövrü şimalın döyüşçüləri əfv etməyə çağırıb. İlkin nəticələr əksəriyyəti xristian olan cənubun müsəlmanların yaşadığı şimaldan ayarılmasına güclü dəstək verildiyini göstərir. Son nəticələr gələn ay açıqlanacaq. Cənubun əhalisi müstəqilliyə səs veribsə, o zaman iyul ayında ölkənin cənubu müstəqil ölkə olacaq. ABŞ prezidenti Barak Obama Sudanın cənubunu dinc səsvermə münasibətilə təbrik edərək, bunun bütün dünyaya ilham verdiyini bildirib.

XS
SM
MD
LG