Accessibility links

Beynəlxalq müşahidəçilər Sudanda referendumun baş tutduğunu bildirir

  • Amerikanın səsi

Beynəlxalq müşahidəçilər Sudanda referendumun baş tutduğunu bildirir

Beynəlxalq müşahidəçilər Sudanda referendumun baş tutduğunu bildirir

Beynəlxalq müşahidəçilər Sudanda referendumun baş tutduğunu bildirirlər. Avropa İttifaqı bu gün bildirib ki, ölkənin gələcəyi ilə bağlı bir gəftə sürən səsvermə baş tutub və dinc keçib. ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin başçılıq etdiyi müşahidəçilər də bildiriblər ki, səsvermə beynəlxalq standartlara uyğun keçib. Karter Mərkəzi bildirir ki, ilkin nəticələrə əsasən, xristianların əksəriyyət təşkil etdiyi cənubun əsas etibarilə müsəlmanların yaşadığı şimaldan ayrılacağı aydın olur. Referendumla bağlı son nəticələrin gələn ay elan ediləcəyi gözlənilir. Cənub müstəqilliyə səs veribsə, cənubi Sudan iyul ayında yeni ölkə olacaq.

XS
SM
MD
LG