Accessibility links

Sudanın cənubunda seçicilərin 99 faizi müstəqilliyə səs verib

  • Amerikanın səsi

Sudanın cənubunda seçicilərin 99 faizi müstəqilliyə səs verib

Sudanın cənubunda seçicilərin 99 faizi müstəqilliyə səs verib

Sudanın cənubunda referendumun nəticələri göstərir ki, seçicilərin 99 faizi regionun müstəqilliyinə dəstək verib. Referendum komissiyasının veb səhifəsində yerləşdirilmiş məlumata əsasən, 3,8 milyon seçicidən yalnız 45 000 nəfər şimalla birliyə səs verib. Komissiya bunların hələ ilkin nəticə olduğunu, lakin səslərin hesablamasının demək olar ki, başa çatdığını bildirib. Rəsmi nəticələrin fevral ayının əvvəlində açıqlanacağı gözlənilir. Referendum Sudanda şimal və cənub arasında vətəndaş müharibəsinə 2005-ci ildə son qoymuş razılığa əsasən keçirilib.

XS
SM
MD
LG