Accessibility links

Sudan və Cənubi Sudan fikir ayrılıqlarına son qoymağa çalışır


Prezidentlər Əddis Əbəbədə sammitdə görüşür

Sudan prezidenti Omər Əl-Bəşir və Cənubi Sudanın prezidenti Salva Kir Efiopiya paytaxında yüksək səviyyədə danışıqlar keçirir.

Dövlət başçılarının zirvə görüşündə bu ilin əvvəli iki ölkəni müharibə vəziyyətinə gətirmiş bir sıra mühüm məsələlərə dair razılaşmalara yekun vuracağı gözlənilir.

Bu ilin əvvəli neftlə əlaqədar və sərhədlə bağlı məsələlərə görə yaranmış gərginlik tərəflər arasında sərhəd bölgələrində hərbi toqquşmaya gətirib çıxarmışdır. Həm Sudan, həm Cənubi Sudan neftlə zəngin Abyei regionu ilə bağlı ərazi iddiaları irəli sürür.

Sudanın səfiri Bədərrin Abdulla deyib ki, tərəflər razılaşmaları yekunlaşdırmaqdan əvvəl təhlükəsizlik və sərhədlə əlaqədar məsələləri həll etməlidir.

BMT hər iki ölkəyə razılıq əldə edilməsi üçün sentyabrın 22-ə qədər vaxt vermişdi. Razılıq əldə edilməsə, Sudan və Cənubi Sudan sanksiyalarla qarşılaşa bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG