Accessibility links

Sudan İsraili Qırmızı Dəniz sahilinə hücum etməkdə günahlandırır


Sudan İsraili Qırmızı Dəniz sahilinə hücum etməkdə günahlandırır

Sudan İsraili Qırmızı Dəniz sahilinə hücum etməkdə günahlandırır

Hücum zamanı Port Sudan aeroportu yaxınlığında iki nəfər həlak olub

Sudan dünən İsraili ölkənin şərqində Qırmızı Dəniz sahilində avtomobilə havadan hücum etməkdə günahlandırıb.

Xarici İşlər Naziri Əli Əhməd Karti bu gün Sudan hökumətinin hücumun İsrail tərəfindən həyata keçirildiyinə əmin olduğunu bildirib. Hücum zamanı Port Sudan aeroportu yaxınlığında iki nəfər həlak olub.

Rəsmilər hava hücumu barədə müxtəlif şərhlər veriblər. Polis hadisədə raketdən istifadə olunduğunu, dövlət rəsmisi isə hadisənin xarici təyyarə tərəfindən atılmış bomba nəticəsində törədildiyini bildiriblər.

Avtomobilin içərisində olan iki nəfərin şəxsiyyəti məlum deyil. İsrail xarici işlər nazirinin ittihamını cavablandırmayıb.

XS
SM
MD
LG