Accessibility links

Sudanla Cənubi Sudan arasında sərhəd açılıb


Keçən ay iki ölkə arasında gərginliyin azaldılmasına dair razılıq əldə edilmişdi

Sudanın prezidenti Ömər Əl-Bəşir Cənubi Sudanla quruda və çay üzərində səhər yoxlama məntəqlərinin açılması haqda göstəriş verib. Bu addım keçən ay iki ölkə arasında gərginliyin azaldılmasına dair razılıq əldə ediləndən sonra atılıb.

Sudanın dövlətə məxsus televiziyasının verdiyi məlumata görə, cənab Bəşir sərhəddə bütün şosse yolları və çay üzərində qapıların açılması haqda göstəriş verib. Qərar Sudan prezidentininCənubi Sudanda təyin edilmiş yeni səfir Mutrif Siddiqlə görüşdən sonra verilib.

Cənab Bəşir və Cənubi Sudanın prezidenti Salva Kir keçən həftə təhlükəsizlik və əməkdaşlığa dair bir sıra razılaşmalara imza atıblar.

Şimal və cənub arasında 22 il davam etdən müharibəyə 2005-ci ildə imzalanmış sülh sazişi son qoydu və həmin il Cənubi Sudan öz müstəqilliyini elan etdi. Lakin Sudan və Cənubi Sudan arasında neft və başqa məsələrlə əlaqədar gərginliklər qalırdı.

Bu arada, Darfur regionuna təchizat və personal daşıyan Sudan hərbi təyyarəsinin paytaxt Xartum yaxınlığında qəzaya uğraması nəticəsində 15 adam həlak olub. Qəzanın səbəbləri araşdırılır.
XS
SM
MD
LG