Accessibility links

Sudanda ümummilli seçkilərə start verilib. Ölkədə əsas müxalifət partiyalarının seçkiləri boykot etməsinə görə prezident Ömər Əl-Bəşirin hakimiyyətdə qalacağı və onun Milli Konqress partiyasının qələbə çalacağı gözlənilir.

Müharibə cinayətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan cənab Bəşir 1989-cu ildən bəri hakimiyyətdir və 2010-cu ildə müxalifətin saxtakar adlandırdığı seçkilərdə qələbə əldə edib. Çərşənbə gününədək davam edəcək seçkilərdə namizədlər hazırkı prezident və az sayda digər siyasətçilərdən ibarətdir.

Avropa İttifaqı, Birləşmiş ştatlar, Britaniya və Norveç seçkiləri tənqid edərək bildirib ki,vəd edilmiş milli dialoqun olmaması Sudanda mükəmməl siyasi prosesin getməsinin qarşısını alır.

Avropa İttifaqının Xarici Siyasət şöbəsinin müdürü Federika Moqerini deyib ki, bu seçkilər ölkədə etibarlı və legitim nəticələr verməyəcək.

Sudanın Müstəqil Seçki Komissiyasının rəhbəri professor Muxtar Əl-Assam tənqidləri rədd edərək Amerikanın Səsinə bildirib ki, müxalifət komissiya üzvlərini təyin edən parlamentə daxildir və səsvermə ədalətli keçirilir.

Prezident Bəşir sülh, inkişaf və ölkə iqtisadiyyatının yaxşılaşdırılması istiqamətində işlər görəcəyini vəd edib. 2011-ci ildə Cənubi Sudanın böyük ərazi və neft resurslarını götürüərək ölkənin tərklibindən ayrıldıqdan sonra təxminən 13 milyon seçici ilk dəfə president seçkilərində səs verir.

XS
SM
MD
LG