Accessibility links

Sudanda girov götürülmüş britaniyalı yardım işçisi azad edilib


BMT Yardım Agentliyinin üç ay bundan əvvəl Sudanda girov götürülmüş britaniyalı işçisi azad edillib. Dünya Ərzaq Proqramı təşkilatının bildirdiyinə görə, mart ayında Darfur regionunda silahlılar tərəfindən oğurlanan Patrik Nunnan girovda 86 gün saxlanmışdır.

Patrik Nunnanla birlikdə girov götürülən sürücünün elə həmin gün azad edildiyi deyilir. Patrik Nunnan girovda olarkən heç bir zoralılığıa məruz qalmadığını deyib. Nunnanın azad edilməsi ilə bağlı detallar açıqlanmayıb.



XS
SM
MD
LG