Accessibility links

Sudanda bir tələbə polis tərəfindən döyüldükdən sonra vəfat edib


Sudanda bir tələbə polis tərəfindən döyüldükdən sonra vəfat edib

Sudanda bir tələbə polis tərəfindən döyüldükdən sonra vəfat edib

Ahliya və başqa bir universitet hökumət tərəfindən bazar ertəsi bağlı elan edilib

Sudan fəallarının bildirdiyinə görə bazar günü hökumət əleyhinə nümayişlər zamanı bir tələbə polis tərəfindən döyüldükdən sonra vəfat edib. Fəallar Ahliya universitetinin tələbəsi Məhəmməd Əbdülrəhmanın bazar gününün sonu ağır yaralardan keçindiyin bildirblər. O, nümayişə çağırışın mərkəzində dayanan və hal- hazırda 16000 üzvü olan Facebook internet səhifəsində şəhid elan edilib. Bazar günü paytaxt Xartumda və qərbdəki əl-Obeid şəhərində keçirilən aksiyalarda yüzlərlə tələbə iştirak edib. Bəzi yerlərdə tələbələr polisi daşa basıblar. Polislər isə buna göz yaşardıcı qazla və dəyənəklərlə cavab veriblər. Sudan polisi 40 tələbənin və 30 başqasının həbsə alındığını bildiriblər. Polis iğtişaşlara görə kütlədə olan təhrikçiləri günahlandırır. Ahliya və başqa bir universitet hökumət tərəfindən bazar ertəsi bağlı elan edilib. Jurnalistlər hökumətin iki müstəqil qəzetin bugünkü nəşrini də dayandırdığını bildirir.

XS
SM
MD
LG