Accessibility links

Sudanda qiyamçılar hökumət qüvvələri ilə toqquşublar


Sudanda qiyamçılar hökumət qüvvələri ilə toqquşublar
Sudanda qiyamçılar hökumət qüvvələri ilə toqquşublar

Darfur qiyamçıları Sudan ordu qüvvələri ilə toqquşub. Ədalət və Bərabərlik Hərəkatı adlanan qiyamçı qrupun üzvləri hökumət əsgərlərinin Şimali Darfurda El Faşer regional paytaxtı yaxınlığında yerləşən postlarına hücum etdiklərini xəbər verir. Hərəkat bildirir ki başqa qiyamçılar da hökumət əsgərlərinə hücumda yardım ediblər. Sudan ordusu xəbərlə bağlı şərh verməyib. Yanvarın 9-da cənubi Sudanın müstəqilliyi üzərində keçiriləcək referendum ərəfəsində gərginliklər yüksək olaraq qalır. Bu referendum 2005-ci ildə ölkədə 20 il davam edən vətəndaş müharibəsinə son qoymuş sülh müqaviləsinin tərkib hissəsi olaraq keçirilir.

XS
SM
MD
LG