Accessibility links

Sudanda seçkilər beynəlxalq standartlara cavab verməyib


5 günlük səsvermənin son nəticələri gələn həftə açıqlanacaq

Beynəlxalq müşahidəçilərin bildirdiyinə görə, Sudanın 1986-cı ildən bəri keçirilən ilk çoxpartiyalı seçkiləri beynəlxalq standartlara cavab verməyib. Avropa Birliyi Sudandakı monitorinq missiyasının rəhbəri və sabiq ABŞ prezidenti Cimmi Karter bu gün deyib ki, keçən həftə keçirilən seçkilər beynəlxalq standartlara uyğun gəlməyib. 5 günlük səsvermə ərzində müşahidəçilər kütləvi problem barədə məlumat verib. Bunlara seçici siyahısında bir çoxlarının adının olmaması, səsvermə materiallarının çatışmazlığı və seçicilərin hədə-qorxulara məruz qalması daxildir. Son nəticələrin gələn həftənin çərşənbə axşamı açıqlanması gözlənilir. Hazırkı prezident Ömər Əl-Bəşirin növbəti dəfə dövlət başçısı seçilməsi gözlənilir.

XS
SM
MD
LG