Accessibility links

Sudanda səsvermədə iştirak edən seçicilərin sayının 60 faizi keçdiyi deyilir


Sudanda səsvermədə iştirak edən seçicilərin sayının 60 faizi keçdiyi deyilir

Sudanda səsvermədə iştirak edən seçicilərin sayının 60 faizi keçdiyi deyilir

Cənubi Sudan rəsmiləri deyirlər ki, səsvermədə iştirak edən seçicilərin sayı 60 faizi keçib. Regionun müstəqilliyini müəyyən edəcək referendumun leqal status qazanması üçün səs verənlərin sayı 60 faizdən az olmamalı idi. Rəsmilər deyirlər ki, Sudan Xalq Azadlıq Hərəkatı səsvermənini 4-cü günü bu barədə bəyanat açıqlayıb. Rəsmi iştirak rəqəmlərinə görə Cənubi Sudan Referendum Komissiyası məsuliyyət daşıyır və komissiya lazım olan qədər seçicinin iştirak etməsi barədə məlumatı təsdiqləməyib.

Təxminən 4 milyon insan referendumda iştirak etmək üçün qeydiyyatdan keçib. Referendumun nəticəsi olaraq Afrikada yeni dövlətin yaranması ehtimal olunur.

XS
SM
MD
LG