Accessibility links

Sudanın cənub regionunun müstəqilliyinə dair referendum bu gün sona çatıb


Sudanın cənub regionunun müstəqilliyinə dair referendum bu gün sona çatıb

Sudanın cənub regionunun müstəqilliyinə dair referendum bu gün sona çatıb

Sudanın cənub regionunun müstəqilliyinə dair bir həftə davam edən referendum bu gün sona çatıb. Səsvermənin nəticəsi bəlli olmasa da, cənubluların yekdilliklə müstəqlliyə səs verdikləri təxmin edilir. İlkin nəticələr yanvar ayının 31-i, yekun nəticələr isə fevralın 6-da açıqlanmalıdır. Sudanın hakim Milli Konqres partiyasının lideri cənubun müstəqillik referendumunun ədalətli olduğunu bildirib. Reuters xəbər agentliyinə müsahibəsi zamanı İbrahim Qandour müstəqilliyə üstünlük verilən səsvermənin nəticələrinin qəbul ediləcəyini bidlrib. Sudanın cənub bölgəsinin müstəqillik səsverməsi Sudanda müsəlman çoxluqla xristian cənub arasında gedən uzunmüddətli vətəndaş müharibəsinə son qoyan 2005-ci il sülh razılığına əsasən keçirilib.

XS
SM
MD
LG