Accessibility links

Sudanın mübahisəli Abyey regionunda danışıqlar davam edir


Sudanın mübahisəli Abyey regionunda danışıqlar davam edir
Sudanın mübahisəli Abyey regionunda danışıqlar davam edir

Sudanın mübahisəli Abyey regionunda gərginliyin aradan qaldırılması üçün aparılan danışıqların dördüncü günündə fikir ayrılıqları razılığın əldə olunmasını çətinləşdirib. VOA-nin müxbiri Piter Heinlein danışıqları izləmək üçün Əddis Əbəbədədir. O, danışıqlarda iştirak edən mənbələrə istinad edərək deyib ki, ilkin olaraq razılaşdırılmış məsələlər sonradan yenidən müzakirə obyektinə çevrilib və bu üzdən saziş baş tutmaya bilər. Afrika İttifaqı bazar ertəsi bildirib ki, Sudanın şimal və cənub bölgələri Abyey regionunu hərbisizləşdirmək və Efiyopiya sülh-məramlılarının əraziyə buraxılmasına dair razılığa gəliblər. Şimal qüvvələri Abyey regionunu ötən ay zəbt edərək on minlərlə sakini regiondan qaçmağa məcbur ediblər.

XS
SM
MD
LG